Menyu

BƏƏ MN sutka ərzində 6 ballistik raket və 9 pilotsuz uçuş aparatını ələ keçirib

Operativ Media
BƏƏ MN sutka ərzində 6 ballistik raket və 9 pilotsuz uçuş aparatını ələ keçirib

Birləşmiş Ərəb Əmirliklərinin Hava Hücumundan Müdafiə sistemləri sutka ərzində 6 ballistik raket və 9 pilotsuz uçuş aparatını ələ keçirib.

Operativ Media xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin məlumatında deyilir.

"BƏƏ HHM sistemləri martın 27-də İrandan buraxılmış 6 ballistik raket və 9 pilotsuz uçuş aparatını ələ keçirib", - məlumatda qeyd olunub.

Ötən sutka ərzində Birləşmiş Ərəb Əmirliklərinin HHM sistemləri 15 ballistik raket və 11 PUA-nı ələ keçirib.

Məlumata görə, Yaxın Şərqdə münaqişənin gərginləşməsinin əvvəlindən (28 fevral) BƏƏ HHM sistemləri 378 ballistik raket, 15 qanadlı raket və 1 835 PUA-nı ələ keçirib.

Əlaqəli Xəbərlər