Menyu

“İncirlik” aviabazasına təhdidlə bağlı xəbərlər təkzib edilib

Operativ Media
 “İncirlik” aviabazasına təhdidlə bağlı xəbərlər təkzib edilib

Türkiyənin Milli Müdafiə Nazirliyindəki mənbələr Adana əyalətinin cənubundakı “İncirlik” aviabazasına təhdid barədə məlumatları təkzib ediblər.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, nazirlik “hava bazası ərazisində heç bir hücum və ya digər mənfi vəziyyətin qeydə alınmadığını” qeyd edib.

“Ehtimal olunur ki, söhbət hava həyacanı sirenlərinin yanlış siqnal verməsindən gedir”, - deyə Ankara sosial mediada müvafiq paylaşımlara münasibət bildirərək qeyd edib.

Bundan əvvəl Türkiyə Milli Müdafiə Nazirliyi Adanada yeni “Patriot” hava hücumundan müdafiə raket sisteminin yerləşdirildiyini açıqlamışdı.

Cənubi Türkiyəyə çatdırılan hava hücumundan müdafiə sistemi, mövcud İspaniya “Patriot” sisteminə əlavə olaraq, Almaniyanın Ramşteyn şəhərindəki NATO-nun Birgə Qüvvələr Komandanlığı tərəfindən təmin edilib.

Ankara, İranın ballistik raketlərinin Türkiyənin cənubu üzərində vurulmasını xatırladıb ki, bu da “hava və raket hücumundan müdafiə tədbirlərinin gücləndirilməsini tələb edir”.

Əlaqəli Xəbərlər