Menyu

Böyük Britaniya Ukraynaya 115 milyon avro ayırır

Operativ Media
Böyük Britaniya Ukraynaya 115 milyon avro ayırır
1 dəq oxu

Böyük Britaniyanın hökuməti Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün təcili olaraq əlavə 100 milyon funt sterlinq (115 milyon avro) ayırdığını elan edib.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin açıqlamasında deyilir.

"Bu, Ukraynanı Rusiyanın aramsız hücumlarından mülki əhalinin, şəhərlərin və kritik infrastrukturun müdafiəsi üçün hava hücumundan müdafiə vasitələri ilə təmin edəcək", – açıqlamada Britaniyanın müdafiə naziri Con Hilinin sözlərinə istinadən bildirilib.

Bu yardım paketi nəzərə alınmaqla, Böyük Britaniya son iki ay ərzində Ukrayna HHM-nin dəstəklənməsinə 600 milyon funt sterlinq (691 milyon avro) ayırıb.

Əlaqəli Xəbərlər