Ana səhifə / Dünya / Ermənistanda güclü yağış fəsadlar törədib - VİDEO Ermənistanda güclü yağış fəsadlar törədib - VİDEO 27.03.2026, 22:22 Operativ Media Ermənistanda güclü yağış fəsadlar törədib.Operativ Media Ermənistan mediasına istinadən xəbər verir ki, bəzi çaylarda daşqın riski yaranıb.Sünik vilayətinin Qafan şəhərində sel suları küçələri basıb, nəticədə avtomobillərə ziyan dəyib, heyvanlar tələf olub. Hadisə yerinə cəlb olunan xilasedicilər 6 nəqliyyat vasitəsini təhlükəli ərazidən çıxarıb, yollar təmizlənib.Hazırda selin intensivliyi azalıb, ərazidə vəziyyət nəzarət altındadır.
27.03.2026, 23:02 Qazaxıstan Xarici İşlər Nazirliyi Misiri gedişin tövsiyə olunmayan ölkələr siyahısından çıxarıb