Qazaxıstan Xarici İşlər Nazirliyi Misiri gedişin tövsiyə olunmayan ölkələr siyahısından çıxarıb
Qazaxıstan Xarici İşlər Nazirliyi Misiri gedişin tövsiyə olunmayan ölkələr siyahısından çıxarıb.
Operativ Media Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, qərar mövcud vəziyyət və beynəlxalq hava limanları və turizm zonaları da daxil olmaqla mülki infrastrukturun iş şəraiti nəzərə alınmaqla qəbul edilib.
Lakin Yaxın Şərqdə davam edən gərgin vəziyyət, eləcə də regiondakı bir sıra dövlətlər tərəfindən hava məkanının vaxtaşırı bağlanması səbəbindən, vəziyyət tam normallaşana qədər Bəhreyn, İsrail, Yəmən, İordaniya, İraq, İran, Qətər, Səudiyyə Ərəbistanı Krallığı, Küveyt, Livan, BƏƏ, Oman və Suriyaya getməklə bağlı tövsiyələr qüvvədə qalır.
Regiondakı Qazaxıstan vətəndaşlarına gücləndirilmiş şəxsi təhlükəsizlik tədbirləri görmək, potensial təhlükəli ərazilərə baş çəkməkdən çəkinmək, raket təhlükəsi halında dərhal sığınacaq axtarmaq da daxil olmaqla, yerli hakimiyyət orqanlarının təlimatlarına əməl etmək və Qazaxıstanın xarici nümayəndəlikləri, tur operatorları və hava daşıyıcıları ilə əlaqə saxlamaq tövsiyə olunur.