İsrail Ordusu hərbi hədəflər aşkarladığını iddia edib
Operativ Media
İsrail Ordusu Livanın cənubunda əməliyyatlar zamanı yerli kilsənin yaxınlığında hərbi hədəflər aşkarladığını iddia edib.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ordunun Mətbuat xidməti açıqlama yayıb.
İsrail tərəfinin məlumatına görə, sərhəddəki Əl-Xiyam yaşayış məntəqəsində qoşunlar kilsənin yaxınlığında tunelin girişini və yeraltı infrastrukturu aşkar ediblər.
Hərbçilərin məlumatına görə, bundan əlavə, ərazidəki məktəbdə yüzlərlə silah aşkar edilib.
İsrail Ordusu hesab edir ki, "Hizbullah"ın bölmələri dini və mülki obyektlərdən hərbi məqsədlər üçün istifadə edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net