Menyu

Dehli aeroportunda fövqəladə vəziyyət elan olunub

Operativ Media
Dehli aeroportunda fövqəladə vəziyyət elan olunub

Martın 28-də “IndiGo” şirkətinə məxsus təyyarənin mühərrikində yaranan nasazlıq səbəbindən təcili eniş etməsi ilə əlaqədar Dehli hava limanında tam fövqəladə vəziyyət elan olunub.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, fövqəladə vəziyyət yerli vaxta saat 10:39-da Visakhapatnamdan Dehliyə uçan “Boeing 737” tipli sərnişin təyyarəsinin təcili enişi barədə qərarın qəbulundan sonra elan edilib. Enmə mərhələsindən əvvəl pilotlar mühərrikdə nasazlıq aşkarlayıblar. Ehtiyat tədbir olaraq pilotlar təcili eniş istəyiblər. Rəsmi açıqlamada deyilir ki, göyərtəsində 161 sərnişin olan təyyarədə saat 10:54-də təhlükəsiz eniş edib.

Aviaşirkət müvafiq orqanlara məlumat verildiyini, təyyarənin hazırda lazımi yoxlamalardan və texniki xidmətdən keçdiyini açıqlayıb.

Oxşar hadisə fevralda Dehlidən Lehə uçan “SpiceJet” şirkətinə məxsus təyyarədə də qeydə alınıb. Təyyarə havaya qalxdıqdan sonra mühərrikinin nasazlığı səbəbindən Dehlinin İdira Qandi beynəlxalq hava limanına təcili eniş edib.

Əlaqəli Xəbərlər