Qətər və Ukrayna müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalayıblar
Şəfa Hüseynli
Qətər və Ukraynanın müdafiə nazirlikləri raket və dronlara qarşı mübarizə sahəsində təcrübə mübadiləsini nəzərdə tutan müdafiə əməkdaşlığı müqaviləsi imzalayıblar.
Operativ Media xəbər verir ki, bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb.
Sazişə texnoloji tərəfdaşlıq, birgə layihələrin və investisiyaların hazırlanması, eləcə də raketlərə və PUA-lara qarşı mübarizə sahəsində təcrübə mübadiləsi daxildir.