Livanın cənubunda pilotsuz təyyarənin hücumu nəticəsində iki jurnalist həlak olub
Şəfa Hüseynli
Livanın cənubunda dron hücumu nəticəsində iki jurnalist həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə "Əl-Mayadeen" televiziya kanalı məlumat yayıb.
İsrail dron hücumunun qurbanları Livanın "Əl-Mayadeen" televiziya kanalının müxbiri Fatima Ftuni və "Əl-Manar" televiziya kanalının müxbiri Pli Şaeib olub.
Hücumun görüntüləri sosial mediada yayılıb. Dron magistral yolda bir avtomobilə dəyib.
Bundan əvvəl İsrail dronunun Beyrutun Cnah məhəlləsindəki yaşayış binasına hücum etdiyi bildirilib. Mənbələrə görə, dronun partlayış səsi qonşu məhəllədə eşidilib.