Parisdə Amerika bankına hücumun qarşısı alınıb
Şəfa Hüseynli
Fransa paytaxtının mərkəzində yerləşən "Bank of America" filialında partlayış planlaşdırmaqda şübhəli bilinən bir nəfər Parisdə saxlanılıb.
Operativ Media xəbər verir ki, bu barədə "Le Journal du Dimanche " (JDD) qəzeti məlumat yayıb.
Şübhəli bank binasının yaxınlığında əldəqayırma partlayıcı qurğunu partlatmağa cəhd edərkən həbs edilib. Patrul əməkdaşları onu əlində alışqan tutarkən görüblər.
Məlumata görə, o, cihazın qoruyucusunu yandırmağa çalışarkən əlində alışqan tutub.
Yaxınlıqda olan ikinci şübhəli hadisə yerindən qaçıb. Dindirmə zamanı şübhəli bildirib ki, onları naməlum şəxs işə götürüb və o, onlara 600 avro mükafat vəd edib.