İran və Yunanıstan XİN rəhbərləri telefon danışığı aparıb
Şəfa Hüseynli
İranın xarici işlər naziri Abbas Əraqçi yunan həmkarı Giorgos Gerapetritis ilə telefon danışığı zamanı davam edən müharibədəki inkişafları müzakirə edib.
Operativ Media xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Giorgos müharibənin nəticələri, xüsusən də təhlükəsizlik və iqtisadi aspektləri ilə bağlı böyük narahatlığını ifadə edib və bölgəyə sülh və sabitliyin ən qısa müddətdə qayıdacağına ümid etdiyini bildirib.