Menyu

Şərqi Timor sahillərində 5,9 bal gücündə zəlzələ baş verib

Şəfa Hüseynli
Şərqi Timor sahillərində 5,9 bal gücündə zəlzələ baş verib
1 dəq oxu

Şərqi Timorun şimal sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Şərqi Timorun paytaxtı və ən böyük şəhəri Dilidən 271 km şimal-şərqdə, 193 mindən çox insanın yaşadığı yerdə yerləşib. Episentr təxminən 148 km dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat verilməyib, sunami təhlükəsi də bildirilməyib.

Əlaqəli Xəbərlər