Menyu

İİKK Yaxın Şərqdəki Amerika universitetlərinə hücum edəcəyi ilə hədələyib

Operativ Media
İİKK Yaxın Şərqdəki Amerika universitetlərinə hücum edəcəyi ilə hədələyib
1 dəq oxu

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Vaşinqton İran universitetlərinə edilən hücumları pisləməsə, Yaxın Şərqdəki Amerika universitetlərinə hücum edəcəyi ilə hədələyib.

Operativ Media bu barədə xarici KİV-ə istinadən xəbər verir. 

Korpusun bəyanatına görə, ABŞ administrasiyasının İran universitetlərinə edilən hücumları pisləmək üçün 30 mart Tehran vaxtı ilə saat 12:00-a qədər vaxtı var. Əks halda, regiondakı Amerika təhsil müəssisələri hdəfə çevrilə bilər, deyə iddia edilir.

Bəyanatda həmçinin qeyd olunur ki, Vaşinqtonun cavabından asılı olmayaraq - "bombalanan İran universitetlərinin qisası olaraq" Yaxın Şərqdəki iki Amerika universiteti məhv ediləcək. Bu müəssisələrin adları göstərilməyib.

Əlaqəli Xəbərlər