Menyu

Pakistan və İran XİN başçıları müzakirə aparıblar

Operativ Media
Pakistan və İran XİN başçıları müzakirə aparıblar

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar və İran xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.

Operativ Media xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ishaq Dar Abbas Əraqçi ilə telefon danışığında vurğulayıb ki, davamlı sülhə nail olmaq üçün yeganə real yol dialoq və diplomatiyadır.

Tərəflər telefon danışığı zamanı Yaxın Şərq regionunda dəyişkən vəziyyət və davam edən proseslər ətrafında fikir mübadiləsi aparıblar.

İshaq Dar gərginliyin azaldılmasının vacibliyini qeyd edərək bildirib ki, münaqişədə iştirak edən bütün tərəflər tərəfindən hücumların dayandırılması həyati əhəmiyyət daşıyır.

O əlavə edib ki, Pakistan regionda sülh və sabitliyin bərpasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləmək öhdəliyinə sadiq qalacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər