Özbəkistan Prezidenti Səudiyyə Ərəbistanının vəliəhdi ilə telefon danışığı aparıb
Şəfa Hüseynli
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Tərəflər ikitərəfli və çoxtərəfli münasibətləri yeni səviyyəyə qaldırmaq üçün yüksək səviyyəli dialoqların intensivləşdirilməsi və birgə səylərin əlaqələndirilməsi barədə razılığa gəlib.