Keniyada daşqınlar nəticəsində 108 nəfər həlak olub
Operativ Media
Keniyada martın 6-da başlayan güclü yağışlar və ardınca baş verən daşqınlardan bəri ən azı 108 nəfər ölüb.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Baş verən daşqınlar onlarla nəqliyyat vasitəsini aparıb, hava nəqliyyatında ciddi problemlər yaradıb və ölkənin enerji sisteminə və elektrik şəbəkələrinə ciddi ziyan vurub.
Ölkə daxilində 2700-dən çox ailə evlərini tərk etmək məcburiyyətində qalıb və təxliyə edilib. Son günlər bəzi ərazilərdə yağışın intensivliyi azalsa da, polis sakinləri ehtiyat tədbirləri görməyə çağırıb.