İsrail Qəzzada polis məntəqələrinə aviazərbələr endirib, altı nəfər həlak olub
Şəfa Hüseynli
İsrailin Qəzza zolağında HƏMAS-ın idarə etdiyi iki polis məntəqəsinə endirdiyi hava zərbələri nəticəsində ən azı altı fələstinli həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə ''Daryo" məlumat yayıb.
Məlumata görə, İsrail döyüş təyyarələrinin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində iki polis məntəqəsinə zərbə endirdiyini bildiriblər.
Hadisə nəticəsində üç polis məmuru və üç mülki şəxs (o cümlədən bir gənc qız) həlak olub. Daha dörd nəfər müxtəlif dərəcəli xəsarət alıb. İsrail ordusu son hücumlarla bağlı hələlik rəsmi açıqlama verməyib.