Menyu

İsraildə "Dəmir Qübbə" hazırlanan mərkəzlərə hücum edilib

Operativ Media
İsraildə "Dəmir Qübbə" hazırlanan mərkəzlərə hücum edilib
1 dəq oxu

İsrailin infrastruktur mərkəzləri İran ordusunun pilotsuz uçuş aparatlarının (PUA) hücumunun hədəfi olub.

Operativ Media xəbər verir ki, bu barədə İran ordusunun bəyanatında qeyd edilib.

"Müxtəlif növ döyüş PUA-larından istifadə edərək Nof ha-Galil sənaye şəhərində və Təl-Əvivdə "Elbit Systems", "Kanfit" infrastruktur mərkəzlərini, müdafiə-hücum sistemlərinin istehsalı müəssisəsinə hücum etmişik", - bəyanatda bildirilib.

Qeyd olunub ki, "Dəmir Qübbə" kimi raket və müdafiə sistemləri istehsal edən mərkəzlər vurulub.

Əlaqəli Xəbərlər