Tramp İranla razılaşmaya yaxın olduğunu açıqlayıb
ABŞ prezidenti Donald Tramp İranla bağlı mühüm razılaşmanın əldə olunmasına yaxın olduqlarını açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə o, paylaşım edib.
Tramp bildirib ki, ABŞ, İran və Yaxın Şərqin bir sıra ölkələri arasında sülh nizamlanması ilə bağlı saziş üzrə danışıqlar yekun mərhələyə çatıb.
Onun sözlərinə görə, bu çərçivədə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya və Bəhreyn liderləri ilə müzakirələr aparılıb.
ABŞ prezidenti həmçinin Benyamin Netanyahu ilə ayrıca danışıq keçirdiyini qeyd edib.
Tramp əlavə edib ki, razılaşmanın son detalları hazırda müzakirə olunur və yekun nəticə yaxın günlərdə açıqlanacaq.
O bildirib ki, sazişin əsas bəndlərindən biri Hörnüz boğazının açılması ilə bağlıdır.