Menyu

Azərbaycan XİN Pakistana başsağlığı verib

Operativ Media
Azərbaycan XİN Pakistana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kvetta şəhərində qatarda törədilən terror aktı ilə əlaqədar Pakistana başsağlığı verib.

Operativ Media xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

“Pakistanın Kvatta şəhərində qatarı hədəf alan, günahsız insanların faciəvi şəkildə həyatını itirməsi və çox bir çoxlarının yaralanması ilə nəticələnən dəhşətli terror aktını şiddətlə qınayırıq.

Bu ağır günlərdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, qardaş Pakistan xalqı və hökuməti ilə tam həmrəy olduğumuzu ifadə edirik", - paylaşımda qeyd olunub.

Bu cür terror aktlarına heç bir halda bəraət qazandırıla bilməz. Terrorizm bütün forma və təzahürlərində qəti və birmənalı şəkildə rədd edilməlidir”, - XİN-dən bildirilib.

Əlaqəli Xəbərlər