Menyu

Beyləqanda 6 otaqlı ev yanıb

Operativ Media
Beyləqanda 6 otaqlı ev yanıb

Beyləqanda fərdi yaşayış evində baş verən yanğın zamanı 6 otaqlı ev tamamilə yanıb.

Operativ Media Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qəhrəmanlı kəndində qeydə alınıb.

Kənd sakini Bəhmən Kərimova məxsus yaşayış evində başlayan yanğın qısa müddətdə bütün tikilini əhatə edib. Nəticədə ev əşyaları ilə birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə FHN-in Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, ev sahibi Bəhmən Kərimov FHN-in Beyləqan Rayon Yanğınsöndürmə bölməsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır

Əlaqəli Xəbərlər