Menyu

Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayacaq

Operativ Media
Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayacaq

Ermənistan 17-25 iyun tarixlərində öz ərazisində ABŞ ilə birgə keçirilən ənənəvi “Eagle Partner 2026” hərbi təlimlərinə ev sahibliyi edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu il təlimlərə Fransa və Yunanıstandan olan hərbçilər də qoşulacaqlar.

Qeyd olunub ki, təlimlər beynəlxalq sülhməramlı missiyalarda iştirak üçün hazırlıq çərçivəsində keçiriləcək.

Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının 250 hərbçisi, ABŞ Ordusunun Avropa və Afrika Komandanlığının, Kanzas Milli Qvardiyasının 58 hərbçisi, Fransa ordusunun 24, Yunanıstanın isə 11 hərbi qulluqçusu iştirak edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər