Azərbaycanda avtomobil yanacağına xərclənən vəsait 2 milyard manatı ötüb
Operativ Media
Cari ilin yanvar-iyun aylarında Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 38 milyon manat məbləğində avtomobil yanacağı alıblar.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya bildirilib ki, 2025-ci ilin müvafiq ayları ilə müqayisədə avtomobil yanacağı satışından əldə edilən gəlir 5,2 faiz artıb.
Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil yanacağı satışından 6,3 faiz gəlir əldə edilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma