Menyu

Şavkat Mirziyoyev Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Operativ Media
Şavkat Mirziyoyev Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 15-ci iclasında iştirak etmək üçün bu ölkədə səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Operativ Media xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. Nazir görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Özbəkistan dövlət başçısına çatdırdığını bildirib.

​Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də öz növbəsində salamlarına görə Azərbaycan liderinə təşəkkürünü ifadə edib. O, iki ölkə arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini vurğulayıb.

​Görüşdə hər iki dövlət rəhbərinin siyasi iradəsi və birgə səyləri nəticəsində ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu qeyd olunub. Tərəflər iqtisadi əməkdaşlığın diversifikasiyası, qarşılıqlı ticarət və investisiya qoyuluşlarının təşviqi, həmçinin biznes dairələri arasında əlaqələrin daha da gücləndirilməsi barədə geniş fikir mübadiləsi aparıblar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər