Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib
Operativ Media
Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib.
Operativ Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.
Qərara əsasən, İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye parklarının rezidenti olan hüquqi şəxslər tərəfindən sənaye parklarında istehsal məqsədilə xammal kimi idxal istisna olmaqla, idxal edilən dəmirdən və ya aşqarlanmamış poladdan çubuqların 1 tonu üçün 150 manat gömrük yığımı alınacaq.
Armaturlaşdırılmamış şüşələrin 1 tonu üçün isə 100 manat gömrük yığımı müəyyənləşdirilib.
Qərar 31 dekabr 2026-cı ilə qədər qüvvədədir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net