Menyu

Hacıqabul Sənaye Parkında avtomobil istehsalı artır

Operativ Media
Hacıqabul Sənaye Parkında avtomobil istehsalı artır

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkında Azərbaycan-Özbəkistan sənaye əməkdaşlığı çərçivəsində avtomobil istehsalı uğurla davam etdirilir.

Operativ Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Hacıqabul Sənaye Parkının rezidenti olan “Azərmaş CP” MMC tərəfindən Özbəkistanın “UzAvtoSanoat” SC ilə əməkdaşlıq çərçivəsində bu günədək ümumilikdə 10700-dən çox “Chevrolet” markalı avtomobil istehsal edilib. İstehsal olunan avtomobillər arasında “Labo”, “Damas”, “Malibu”, “Lacetti”, “Tracker”, “Cobalt”, “Nexia”, “Spark”, “Traverse”, “Tahoe”, “Equinox”, “Onix” və “Captiva” modelləri yer alır.

Bununla yanaşı, sənaye parkında “Azərmaş Park” MMC tərəfindən Özbəkistanın “SamAvto” şirkəti ilə əməkdaşlıq çərçivəsində, pikap, yük avtomobili və avtobuslar olmaqla 300-dən artıq “ISUZU” markalı nəqliyyat vasitəsi istehsal olunub.

Sənaye parkında həyata keçirilən birgə layihələr ölkədə avtomobil sənayesinin inkişafına, yerli istehsalın genişləndirilməsinə, məşğulluğun və ixrac potensialının artırılmasına töhfə verir.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər