Menyu

Duru bitki yağlarının istehsalı artıb

Operativ Media
Duru bitki yağlarının istehsalı artıb
1 dəq oxu

Bu ilin yanvar-iyun aylarında ölkədə 25,3 min tondan çox duru bitki yağları istehsal edilib.

Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 25,5 faiz artıb.

Cari ilin may ayı ilə müqayisədə isə iyunda istehsal həcmində 21 faiz və ya 4,4 min ton artım qeydə alınıb.

Bu il iyulun 1-ə hazır məhsul ehtiyatı 2,6 min ton təşkil edib.

Əlaqəli Xəbərlər