Los-Anceles-2028: Boks üzrə lisenziya turnirlərinin keçiriləcəyi ölkələr açıqlandı
Operativ Media
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarının boks yarışları üçün təsnifat turnirlərinin keçiriləcəyi ölkələr müəyyənləşib.
Operativ Media xəbər verir ki, olimpiya lisenziyalarının veriləcəyi yarışlara Qazaxıstan, Türkiyə, ABŞ, Çin, Samoa, Nigeriya, İtaliya və Macarıstan ev sahibliyi edəcək.
Los-Anceles-2028 Yay Olimpiya Oyunlarında ümumilikdə 248 boksçu mübarizə aparacaq. Beynəlxalq Olimpiya Komitəsinin gender bərabərliyi prinsipinə uyğun olaraq, 7 çəki dərəcəsində 124 kvota qadın, 7 çəki dərəcəsində isə 124 kvota kişi boksçular üçün ayrılıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma