PSJ yapon qapıçı üçün 40 milyon avroluq transferə hazırlaşır
Fransanın PSJ klubu "Parma"nın yaponiyalı qapıçısı Jion Suzukini transfer etmək üçün İtaliya təmsilçisinə yeni təklif təqdim etməyə hazırlaşır.
Operativ Media xəbər verir ki, bu barədə jurnalist Nikola Skira "X" sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, 23 yaşlı qolkiperin özü Paris klubu ilə 5 illik müqavilə şərtlərində prinsipial razılıq əldə edib. İtaliya təmsilçisi isə bu keçid müqabilində 40 milyon avro tələb edir.
Yaponiyalı futbolçunun "Parma" ilə mövcud sözləşməsinin müddəti 2029-cu il iyunun 30-dək nəzərdə tutulub. "Transfermarkt" portalı oyunçunun bozor dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.
Qeyd olunub ki, Suzuki ötən mövsüm iştirak etdiyi 22 matçda qapısından 30 top buraxıb, 6 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb. O, DÇ-2026 çərçivəsində keçirdiyi 4 oyunda isə 5 qol buraxıb.