Menyu

Füzulidə açıq ərazidə yanğın baş verib

Operativ Media
Füzulidə açıq ərazidə yanğın baş verib
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Füzuli rayonunun Böyük Bəhmənli kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Operativ Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Əlaqəli Xəbərlər