Menyu

Ceyhun Bayramov və İqnatsio Kassis arasında geniştərkibli görüş keçirilib - YENİLƏNİB

Operativ Media
Ceyhun Bayramov və İqnatsio Kassis arasında geniştərkibli görüş keçirilib - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü və Xarici İşlər üzrə Federal Departamentin rəhbəri İqnatsio Kassis arasında geniştərkibli görüş keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə nazirliyin sosial media hesabında paylaşım edilib.

Nazirlər Azərbaycan-İsveçrə ikitərəfli gündəmini, İsveçrənin ATƏT-ə sədrliyinin prioritetlərini, Azərbaycan-ATƏT əməkdaşlığının hazırkı vəziyyətini və gələcək perspektivlərini, həmçinin regiondakı münaqişədən sonrakı vəziyyəti və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini müzakirə ediblər.

Daha sonra tərəflər mətbuata bəyanatlarla çıxış ediblər.

11:28

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Xarici İşlər üzrə Federal Departamentin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis arasında təkbətək görüş başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə nazirliyin sosial media hesabında paylaşım edilib.

Görüşdə Azərbaycan–İsveçrə arasında ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq gündəmdə duran məsələlər, eləcə də ATƏT çərçivəsində qarşılıqlı fəaliyyətin müzakirə olunması nəzərdə tutulur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər