Azərbaycan və İran nümayəndələri Biləsuvar keçid məntəqəsinə baxış keçirib
Biləsuvar gömrüyündə keçidin asanlaşdırılması və sürətləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Operativ Media-nın məlumatına görə, Ərdəbil əyalətinin valisi Məsud İmami Yegane İranın Azərbaycan Respublikasındakı səfiri Müctəba Dəmirçilu, İslam Şurası Məclisində Parsabad, Biləsuvar və Aslandüzü təmsil edən deputat, eləcə də valinin tikinti və iqtisadi məsələlər üzrə müavinləri ilə birlikdə Biləsuvar sərhəd-gömrük keçid məntəqəsinə baş çəkib.
Səfər zamanı ixrac, idxal və tranzit yükləri daşıyan yük avtomobillərinin hərəkətinin son vəziyyəti, eləcə də Biləsuvar gömrüyündə göstərilən xidmətlərin gedişi nəzərdən keçirilib.
Həmçinin Azərbaycan Respublikasının Biləsuvar sərhəd-gömrük keçid məntəqəsinə baxış zamanı hər iki ölkənin yük avtomobillərinin keçidinin asanlaşdırılması və sürətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.