Pambıq lifi ixracında artım qeydə alınıb
Operativ Media
Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyun aylarında ölkədən 126,6 milyon dollar dəyərində 90,4 min ton pambıq lifi ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 26,32 faiz, həcm baxımından isə 30,05 faiz çoxdur.
Ümumilikdə bu ilin birinci yarısında ölkədən 1,885 milyard dollardan çox olan Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq dövrünün göstəricisini 21 faiz üstələyir. Hesabat dövründə bu kateqoriya üzrə pambıq lifi ixracının xüsusi çəkisi 6,71 faizə bərabər olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net