7 ayda Bakı Limanında 72 min TEU-dan çox konteyner aşırılıb
Operativ Media
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Limanında bu ilin yanvar-iyul aylarında 72 min TEU-dan çox konteyner aşırılıb və ötən ilin 7 ayının göstəricisini 20 faiz üstələnib.
QSC-dən Operativ Media-ya bildirilib ki, analoji dövrdə limanda quru yüklər üzrə də müsbət dinamika qeydə alınıb. Yeddi ayda 1,4 milyon tondan çox quru yük aşırılıb və bu, ötən ilin eyni dövrünün göstəricisindən 82 faiz yüksəkdir.
Ümumilikdə cari ilin yanvar-iyun aylarında limanda 4,8 milyon tondan çox yük aşırılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net