"Real Madrid" 3-cü formasını təqdim edib
Madridin "Real" klubu 2026/27 mövsümü üçün üçüncü forma dəstini ictimaiyyətə təqdim edib.
Madrid təmsilçisinin texniki sponsoru "adidas" şirkətidir və yeni dəst parlaq çəhrayı rəngdə, ağ xətt elementləri ilə dizayn olunub.
Operativ Media xəbər verir ki, klubun yaydığı rəsmi açıqlamada komandanın yeni forma konsepsiyasının detalları izah olunub.
Bildirilib ki, futbolkanın parlaq çəhrayı rəng tonu klubun qlobal coğrafi miqyasını, həmçinin sərhədləri, fərqli dilləri və mədəniyyətləri birləşdirən ortaq azarkeş tutkusunu təmsil edir.
Məlumata görə, dəstin vizual tərtibatı Latın Amerikası mədəniyyətinə məxsus həndəsi naxış motivlərindən ilhamlanaraq hazırlanıb. Eyni zamanda, geyimin V-şəkilli yaxası və qol ağızları ağ rəngli detallarla bəzədilib.