Menyu

Ermənistan və Gürcüstan Baş nazirləri arasında telefon danışığı olub

Operativ Media
Ermənistan və Gürcüstan Baş nazirləri arasında telefon danışığı olub

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında telefon danışığı olub.

Operativ Media Ermənistan mediasına istinadən xəbər verir ki, həmsöhbətlər Ermənistan və Gürcüstan arasında strateji münasibətlərin gündəliyini, həmçinin müxtəlif sahələrdə əməkdaşlıq prosesi ilə bağlı məsələləri müzakirə ediblər.

Nikol Paşinyan bu ilin oktyabr ayında Ermənistanda Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflər Konfransının 17-ci sessiyasının (COP17 / KS17) keçirilməsi mövzusuna toxunub və İrakli Kobaxidzeni COP17 çərçivəsində baş tutacaq Liderlər Sammitində iştirak etmək üçün Ermənistana dəvət edib.

Gürcüstanın Baş naziri dəvəti məmnuniyyətlə qəbul edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər