İtalyan dili kursunun açılış mərasimi keçirilib
Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun (Hİİ) Xarici Dil Mərkəzində İtalyan dili kursunun açılış mərasimi keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Tədbirdə institutun rəhbərliyi, kursun dinləyiciləri və İtaliya Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi, 1-ci dərəcəli kapitan Gianfranco Vizzini iştirak edib.
Tədbirdə çıxış edən Hərbi İdarəetmə İnstitutunun rektorunun elm və tədris üzrə müavini, 1-ci dərəcəli kapitan Əsəd Rüstəmov İtalyan dili kursunun hərbi qulluqçuların xarici dil biliklərinin və peşəkar hazırlığının inkişaf etdirilməsi baxımından əhəmiyyətindən danışıb.
İtaliya Respublikasının ölkəmizdəki hərbi attaşesi 1-ci dərəcəli kapitan Gianfranco Vizzini öz növbəsində Azərbaycan ilə İtaliya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində inkişaf etdiyini vurğulayıb.
Belə kursların iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı əlaqələrin və təcrübə mübadiləsinin daha da genişləndirilməsinə mühüm töhfə verdiyi qeyd olunub.
Daha sonra İtaliyanın hərbi attaşesi Gianfranco Vizzini institutun Şərəf Kitabına ürək sözlərini yazıb.
Tədbirin sonunda xatirə fotosu çəkdirilib.
dəqiqələr içində saytın olsun.