Menyu

Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb

Şəfa Hüseynli
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb

Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisələr nəticəsində iki nəfər xəsarət alıb.

Bu barədə Operativ Media-ya Səhiyyə Nazirliyindən bildirilib.

Güclü küləyin təsiri nəticəsində iki qadın Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

Ötən gün saat 20:20-də 17.09.1952-ci il təvəllüdlü qadın güclü külək səbəbindən yıxılaraq xəsarət alıb. Zərərçəkən tibbi müayinədən keçirilib və ona sağ pəncənin IV daraq sümüyünün sınığı diaqnozu qoyulub. Müvafiq tibbi yardım göstərilib.

Həmin gün saat 20:40-da 29.01.1987-ci il təvəllüdlü qadın isə güclü küləyin təsiri ilə qapının hərəkət etməsi nəticəsində əlindən xəsarət alıb. Tibbi müayinə zamanı ona sol əlin 3–4-cü barmaqlarının kəsilmiş yarası diaqnozu qoyulub. Müvafiq tibbi yardım göstərilib.

Müraciət edənlərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və onlar ambulator müalicə üçün evə buraxılıblar. Ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.

Mütəxəssislər güclü küləkli hava şəraitində vətəndaşları ehtiyatlı olmağa, mümkün qədər açıq ərazilərdə, ağacların, reklam konstruksiyalarının və digər təhlükə yarada biləcək obyektlərin yaxınlığında dayanmamağa çağırırlar.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər