Menyu

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Şəfa Hüseynli
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
1 dəq oxu

Avqustun 27-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 37 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-nin mətbuat xidmətindən Operativ Media-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 124, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər