Menyu

Tarixi köklərdən gələcəyə: Azərbaycan və Özbəkistanın sarsılmaz ittifaqı - ŞƏRH

Ayşən Sadıxzadə
Tarixi köklərdən gələcəyə: Azərbaycan və Özbəkistanın sarsılmaz ittifaqı - ŞƏRH

Azərbaycanla Özbəkistan xalqları arasında tarixən qardaşlıq və dostluq münasibətləri mövcud olub. Biz eyni kökdən gələn, ortaq mədəni və mənəvi dəyərləri bölüşən xalqlarıq.

Bu sözləri Operativ Media-ya deputat Aydın Mirzəzadə deyib.

O bildirib ki, müxtəlif tarixi dövrlərdə ayrı-ayrı coğrafiyalarda yaşasaq da, adət-ənənələrimizdə, mədəniyyətimizdə və mənəvi dəyərlərimizdə çoxsaylı oxşarlıqlar var:

“Azərbaycan və Özbəkistan müstəqil dövlətlər kimi də hər zaman bir-birinin sevincinə şərik olub, çətin günlərdə bir-birinə dəstək göstərib. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyən ölkələrdən biri olub. Torpaqlarımız işğaldan azad edildikdən sonra isə Özbəkistan Azərbaycana ilk yardım göstərən dövlətlər sırasında yer alıb. Bu dəstək iki ölkə arasındakı münasibətlərin yalnız siyasi deyil, həm də səmimi qardaşlıq prinsiplərinə əsaslandığını göstərir.

Bu gün Azərbaycan-Özbəkistan münasibətləri Özbəkistanın xarici siyasətində də xüsusi yer tutur. Özbəkistanda Azərbaycanın görkəmli şəxsiyyətlərinin irsinə böyük diqqət göstərilir. Nizami Gəncəvinin adını daşıyan ali təhsil müəssisəsinin fəaliyyət göstərməsi, Azərbaycan mədəniyyəti, ədəbiyyatı və elmi ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsi bunun bariz nümunələrindəndir. Eyni münasibəti Azərbaycanda da görürük. Özbək xalqının tarixi, mədəniyyəti və görkəmli şəxsiyyətləri ölkəmizdə daim böyük hörmətlə qarşılanır.

Əlaqələrimizin mühüm istiqamətlərindən biri də iqtisadi əməkdaşlıqdır. Azərbaycan bu gün Özbəkistan iqtisadiyyatına investisiyalar yatırır, müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsində fəal iştirak edir. Azərbaycan Beynəlxalq Bankının Özbəkistanın maliyyə bazarında fəaliyyətini genişləndirməsi də iqtisadi əlaqələrin yeni mərhələyə keçdiyini göstərir.

Cənab Prezidentin Özbəkistana son səfəri də iki ölkə arasındakı münasibətlərin strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi. Əslində, dostluq haqqında imzalanan sənədlər mövcud münasibətlərin kağız üzərində təsdiqindən başqa bir şey deyil. Çünki Azərbaycan və Özbəkistan xalqları arasındakı yaxınlıq siyasi sənədlərdən daha əvvəl formalaşıb.

Bu gün heç kim nə Azərbaycanda, nə Özbəkistanda, nə də beynəlxalq müstəvidə iki ölkə arasındakı yaxınlığa və dostluğa şübhə ilə yanaşmır. Son səfər də bir daha göstərdi ki, Azərbaycan və Özbəkistan bundan sonra da bütün sahələrdə bir-birinin yanında olacaq, qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək. Dünyaya verilən əsas mesaj isə budur: Azərbaycan və Özbəkistan ortaq tarixə, mədəniyyətə və gələcəyə söykənən güclü birlik nümayiş etdirir”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər