Menyu

Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb

Şəfa Hüseynli
Qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfər saxlanılıb

KMBİ qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri saxlayıb.

Bu barədə Operativ Media-ya DİN-nin mətbuat xidmətindən bildirilib.

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən ölkə ərazisində qanunsuz onlayn mərc və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyatlar davam etdirilir. Kiberpolisin həyata keçirdiyi növbəti tədbirlərlə saxlanılan Məhərrəm Quliyev, Sənan Fərziyev və Hikmət Həsənovun ölkə ərazisində fəaliyyəti qadağan olunan “Xbet”, “MostBet” və “Vimpay” platformaları vasitəsilə vətəndaşları qanunsuz mərc oyunlarına cəlb etdikləri müəyyən olunub. Təqsirləndirilən şəxslərin paytaxt ərazisində icarəyə götürdükləri mənzildən qanunsuz fəaliyyətin həyata keçirilməsi üçün istifadə etdikləri texniki vasitələr, bank kartları, mobil telefonlar və nağd pul vəsaitləri aşkarlanıb. İstintaq zamanı müəyyən edilib ki, dəstə üzvləri qeyd olunan platformalar vasitəsilə əldə etdikləri külli miqdarda pul vəsaitini müxtəlif yollarla leqallaşdırıblar. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bir daha vətəndaşları sosial şəbəkələrdə və internet platformalarında təklif olunan qeyri-qanuni kazino və qumar oyunlarında iştirak etməməyə çağırırıq. Belə qanunsuz oyunların təşkili və idarə olunması, eləcə də oyunçu qismində iştirak qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi məsuliyyət yaradır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər