Azərbaycanda istehlak kreditləri 10 milyard manatı ötüb - VİDEO
Azərbaycanda bankların kredit portfeli iyul ayında 32 milyard manatı ötüb. İstehlak kreditlərinin həcmi isə 10 milyard 36,8 milyon manata çatıb.
Operativ Media "ATV Xəbər"ə istinadən xəbər verir ki, ekspertlər istehlak kreditlərinin artmasının həm insanların alış imkanlarının genişlənməsi, həm də gəlirlərlə xərclər arasındakı fərqin artması ilə bağlı ola biləcəyini bildirirlər.
Kreditlərin əlçatanlığının və rəqəmsal bank xidmətlərinin artması vətəndaşların daha sürətli kredit götürməsinə imkan yaradır. Artıq məişət texnikası, mebel, telefon və digər gündəlik tələbat məhsullarının kreditlə alınması geniş yayılıb.
Ekspertlər kreditlərin əlçatanlığının artmasının vətəndaşların daha çox borclanmasına səbəb olduğunu bildirirlər. Gəlirləri nəzərə alınmadan götürülən kreditlər isə sonradan ciddi ödəniş yükü yarada bilər.
İstehlak kreditlərinin artması tələbi və iqtisadi aktivliyi stimullaşdırsa da, ödəmə qabiliyyətini aşan borclanma həm vətəndaşlar, həm də banklar üçün risk yaradır.
Ətraflı videoda:
dəqiqələr içində saytın olsun.