Menyu

Politoloq: "Bakı və Daşkənd arasındakı müttəfiqlik regional təhlükəsizliyə mühüm töhfədir"

Operativ Media
Politoloq: "Bakı və Daşkənd arasındakı müttəfiqlik regional təhlükəsizliyə mühüm töhfədir"

Azərbaycanla Özbəkistan arasında münasibətlər son illər yüksələn xətt üzrə inkişaf edir, ölkələrimiz arasında bütün sahələri əhatə edən dostluq və qardaşlıq əlaqələri daha da dərinləşir. Azərbaycan və Özbəkistan arasındakı münasibətlər qədim tarixə və qardaşlıq ənənələrinə əsaslanır.

Bu sözləri Operativ Media-ya politoloq Sahil Kərimli deyib. 

O bildirib ki, bu münasibətlər son illərdə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən daha da dərinləşdirilib. Nəzərə almalıyıq ki, Azərbaycan Cənubi Qafqazda, Özbəkistan isə Mərkəzi Asiyada xüsusi çəkisi və mövqeyi olan ölkələrdir. Bu iki qardaş ölkənin bir-biri ilə əlaqələrini dərinləşdirməsi həm regionumuz, həm də ölkələrimiz üçün çox ciddi amillərdən biridir:

“Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə dair sənədlərin imzalanması ikitərəfli əlaqələrin daha da inkişafına mühüm töhfə verir. Burada 2023-cü ildə Ali Dövlətlərarası Şuranın yaradılması da xüsusi vurğulanmalıdır. Bu Şuranın yaradılması münasibətlərimizin inkişafına əlavə təkan verib. İqtisadiyyat, siyasət, hərbi, mədəni və humanitar sahələrdə ölkələrimiz arasında münasibətlər getdikcə dərinləşir. qarşılıqlı sərmayələrin yatırılması, idxal-ixrac əməliyyatlarının genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və nəqliyyat-kommunikasiya xətlərinin inkişaf etdirilməsi də Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Neft-qaz və enerji sahəsində də qarşılıqlı əlaqələr mövcuddur. Azərbaycanın strateji coğrafi mövqeyi həm nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsinə, həm də digər istiqamətlər üzrə əlaqələrin genişləndirilməsinə imkan yaradır.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri öncəsi qardaş ölkənin Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsindən də göründü ki, Azərbaycan-Özbəkistan münasibətlərinin əhəmiyyəti olduqca mühimdir. Prezident İlham Əliyevin müsahibəsi zamanı bu münasibətlərin nə qədər önəmli olduğunu bir daha gördük. Dövlətimizin başçısı Azərbaycanın mövqeyini aydın və qətiyyətli şəkildə ifadə etdi, münasibətlərimizin bütün konturlarını və gələcək yol xəritəsini ortaya qoydu. Hesab edirəm ki, Azərbaycan-Özbəkistan münasibətləri gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcək.

Ölkələrimiz Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq sahəsində də xüsusi əhəmiyyətli siyasət sərgiləyir. Həm Azərbaycan, həm də Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvlərindəndir. Bu amil ölkələrimiz arasındakı münasibətlərin daha da inkişafına töhfə verir. Hesab edirəm ki, gələcəkdə də Azərbaycan və Özbəkistan arasındakı qardaşlıq və müttəfiqlik münasibətləri sarsılmaz olacaq”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər