Menyu

Azərbaycanın Belçikadakı səfiri etimadnaməsinin surətini Belçika XİN-ə təqdim edib

Operativ Media
Azərbaycanın Belçikadakı səfiri etimadnaməsinin surətini Belçika XİN-ə təqdim edib
1 dəq oxu

Azərbaycanın Belçikadakı səfiri Məmməd Əhmədzadə etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin rəisi Pyer Kartuvelsə təqdim edib.

Operativ Media xəbər verir ki, bu barədə M. Əhmədzadə "X" sosial şəbəkə hesabında yazıb.

"Bu gün mən Etimadnaməmin surətini Belçika Krallığının Xarici İşlər Nazirliyinin Protokol idarəsinin rəisi, səfir Pyer Kartuvelsə təqdim etdim. Səmimi qəbula və məzmunlu fikir mübadiləsinə görə minnətdaram. Azərbaycan və Belçika arasında əməkdaşlığın gücləndirilməsini səbirsizliklə gözləyirəm", - paylaşımda bildirilib.

Əlaqəli Xəbərlər