Menyu

Lamin Yamal İspaniya çempionatında tarixi rekorda imza atdı

Operativ Media
Lamin Yamal İspaniya çempionatında tarixi rekorda imza atdı

​"Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal İspaniya çempionatının üçüncü turu çərçivəsində öz meydanında "Rayo Valyekano" ilə keçirilən qarşılaşmada iki dəfə fərqlənib.

​Operativ Media xəbər verir ki, bununla da kataloniyalıların heyətində bütün turnirlər daxil olmaqla vurduğu qolların sayını 52-yə çatdıran 19 yaşlı futbolçu yeni rekorda imza atıb.

​"MisterChip" statistika portalının təqdim etdiyi göstəricilərə əsasən, 19 il 49 günlük olan Yamal 50 qol səddini ötən gənc yaşlı rekordçular siyahısında Raul Qonzalesi (19 il 249 gün, "Real") və Fernando Torresi ("Atletiko", 20 il 221 gün) geridə qoymağı bacarıb.

​Qeyd edək ki, 2023-cü ilin iyul ayından etibarən "Barselona"nın şərəfini qoruyan gənc oyunçu 2025/2026 mövsümündə meydana çıxdığı 45 matçda 24 dəfə rəqib qapısına yol tapıb, həmçinin 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər