Menyu

Naxçıvanda vergi daxilolmaları 7 faizdən çox artıb

Operativ Media
Naxçıvanda vergi daxilolmaları 7 faizdən çox artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 172,3 milyon manatadək vergi daxil olub.

Operativ Media xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,2 faiz və ya 11,6 milyon manat çoxdur.

Qeyri-dövlət sektorundan daxilolmalar 125,7 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 13,8 faiz və ya 15,3 milyon manat artıb.

Ödənilən vergilərin 73 faizi qeyri-dövlət sektorunun, 27 faizi isə dövlət sektorunun payına düşüb.

Cari ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 3,2 milyon manat olub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər