Lənkəranlı sahibkar: 5 bambuk olan ərazi indi 32 hektarlıq plantasiyadır - FOTO
32 hektar ərazini əhatə edən bambuk plantasiyası gələnlərin marağına səbəb olur.
Operativ Media xəbər verir ki, bu sözləri Lənkəran şəhər Talışlı kənd sakini, fərdi sahibkar Eynulla Cəlalov Dövlət Turizm Agentliyinin Lənkərana təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.
O, qeyd edib ki, bu ərazini 90-cı illərdə alıb. Təsərrüfatını ilk olaraq çay kənarında əkdiyi bambuk kolları hesabına qurub:
"Hər koldan çıxan dörd-beş yeni pöhrəni ayıraraq təpəliklərdə əkdim. Sənətkarlıq klubunda çalışarkən sərgilər üçün suvenirlər tələb olunurdu. İlk dəfə bu bambuklardan kreslo, stol və xırda suvenirlər hazırlayıb sərgiyə çıxartdım. Bu əl işləri böyük marağa səbəb oldu, televiziya çəkilişlərindən sonra isə sifarişlərin sayı artdı.
32 sotluq ərazidə yetişdirilən bambuklar yüksək məhsuldarlığı və sürətli böyümə dinamikası ilə seçilir. Bu bambuklar yalnız Lənkəran-Astara zonasında bitir. Bitki cəmi 48-50 gün ərzində tam boy atır. Sahədən yaxşı gəlir götürmək mümkündür. Regionda məhz bu böyüklükdə bambuk ərazisinə və emalına görə təsərrüfatımız xüsusi xəritəyə də daxil edilib.
32 sotluq plantasiyada yetişdirilən xammal hesabına bağ mebelləri və suvenirlər hazırlanır, həmçinin məhsullar Bakıda dekorasiya işləri və kənd təsərrüfatının müxtəlif sahələri üçün daxili bazara təqdim olunur".
