Menyu

“Möminə Xatun” Voleybol Klubu adını dəyişdi

Operativ Media
“Möminə Xatun” Voleybol Klubu adını dəyişdi

“Möminə Xatun” Voleybol Klubu bundan sonra fəaliyyətini "Naxçıvan" adı altında davam etdirəcək.

Operativ Media xəbər verir ki, klubun ad dəyişikliyi təsisçi və rəhbərliyin ortaq qərarı, eləcə də Azərbaycan Voleybol Federasiyasının razılığı ilə həyata keçirilib.

Qeyd olunub ki, “Möminə Xatun” Voleybol Klubu cari mövsümdən etibarən tarixində ilk dəfə qadınların Azərbaycan Yüksək Liqasında mübarizə aparacaq. Rebrendinq qərarı Naxçıvanda kişi və qadın voleybolunun gələcəkdə vahid klub bazasında birləşdirilməsi və idarəetmənin optimallaşdırılması məqsədi daşıyır.

Klub rəhbərliyinin qərarına əsasən, yeni ad Naxçıvanın idman ənənələrinin turnirlərdə daha geniş şəkildə təmsil olunmasına və kişi və qadın voleybolçuların vahid brend altında birləşdirilməsinə xidmət edəcək.

Bildirilib ki, Naxçıvanın simvollarından biri olan Möminə Xatun türbəsi və klubun ənənəvi rəngləri yeni loqoda qorunacaq. “Möminə Xatun” adı isə klubun tarixində və Naxçıvanda qadın voleybolunun peşəkar mərhələyə keçidində mühüm mərhələni ifad edən ad kimi qalacaq.

“Naxçıvan” Voleybol Klubu qarşıdakı mövsümdə Yüksək Liqada Naxçıvanı təmsil edəcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər