Menyu

ABŞ qüvvələri İrana məxsus 5 tankeri məhv edib

Nicat Hüseynli
ABŞ qüvvələri İrana məxsus 5 tankeri məhv edib
1 dəq oxu

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) SEPAH-ın ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmiyə iki dəfə ballistik raketlərlə hücum cəhdindən sonra İrana məxsus beş xam neft tankerinin məhv edildiyini açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə "CENTCOM" məlumat yayıb.

Məlumata görə, ABŞ hərbi gəmisi hücumlardan yayınaraq patrul xidmətini davam etdirib və hərbçilər arasında xəsarət alan olmayıb.

Tankerlərdən biri — “M/T Riesco” — Oman körfəzində məhv edildikdən sonra batıb.

Bildirilib ki, ABŞ qüvvələri zərbələrdən əvvəl tankerlərin ekipajlarına gəmiləri tərk etmələri barədə xəbərdarlıq edib.

Əlaqəli Xəbərlər