Menyu

Azərbaycan paraüzgüçüləri Avropa çempionatının nəvnəti final yarışlarına vəsiqə qazanıblar

Operativ Media
Azərbaycan paraüzgüçüləri Avropa çempionatının nəvnəti final yarışlarına vəsiqə qazanıblar

Azərbaycan paraüzgüçüləri Raman Salei və Əli Vəliyev Türkiyənin Kocaeli şəhərində keçirilən Avropa çempionatında bu gün növbəti final yarışlarına çıxacaqlar.

Operativ Media xəbər verir ki, S12 kateqoriyasında mübarizə aparan Raman Salei 50 metr məsafəyə sərbəst üzmə üzrə təsnifat mərhələsində 24.70 saniyə nəticə göstərərək finala yüksəlib. S10 kateqoriyasında çıxış edən Əli Vəliyev isə 400 metr məsafəyə sərbəst üzmə növündə birbaşa finalda iştirak edəcək.

Raman Salei çempionatın ilk iki günündə 100 metr məsafəyə arxasıüstə üzmədə 1:03.55 nəticə ilə 4-cü, 100 metr məsafəyə kəpənək üsulunda isə 59.18 saniyə göstərici ilə 5-ci yeri tutub.

Əli Vəliyev isə 200 metr məsafəyə qarışıq üzmə növündə 2:32.99 nəticə ilə finalı 8-ci pillədə başa vurub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər